“İMİŞLİ EŞ”: TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşıda duran ən mühüm vəzifələrdəndir.

“İmişli” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, bu məqsədlə ötən il ərzində xidməti ərazidə olan EVX və TM-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Belə ki, 2012-ci ilin son üç ayında 10 kV-lik “Şəhər” “Qaralar”, “Telman” HX-lərində və 6 kV-lik “Cəfərli”, “Sərxanlı”, “Boşçallar” və digər HX-lərin ümumilikdə 4,2 km-ə yaxın hissəsi və 0,4 kV-lik xətlərin isə 6,8 km-i təmir olunmuşdur.

Qeyd edək ki, təmir işləri TM və KTM-lərdən də yan keçməmişdir. Belə ki, sözügedən dövrdə 50-dən artıq müxtəlif güclü transformator təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Mənbə onu da bildirdi ki, müəssisə üzrə 2012-ci ilin dekabr ayında ümumilikdə 14,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. O cümlədən, daimi əhali istehlakçı qrupunda bu rəqəm 5,3 milyon kilovatsaatdan artıq təşkil etmişdir.

Onu da qeyd edək ki, ötən il ərzində isə ümumilikdə 189,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, 2011-ci illə müqayisədə ümumi ödənişdə mütləq artım 8 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 48,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2011-ci ilin eyni dövründəki ödənişdən mütləq 13 faiz çoxdur.

Mənbədən əldə edilən digər bir məlumata görə,  ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 1050-dən artıq (bunun 973-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 3 milyon 480,2 min kilovatsaatdan artıq (bunun 1 milyon 973,1 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 208,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 21 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

O cümlədən, 2012-ci ilin dekabr ayında isə 113 akt tərtib olunmuşdur ki, bunun da 99-u məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir. Nəticədə 665,2 min kilovatsaatdan artıq (bunun 466,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 34,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.