STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR
“Füzuli Su Elektrik Stansiyası” pik güclərinin artırılması istiqamətində atılan addımlardan biri olmaqla yanaşı, bu bölgənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit işləməsinin təmin edilməsində rolu böyükdür. Digər enerji obyektlərində olduğu kimi burada da mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki–iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin 10 ayı ərzində 31,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, elektrik enerjisi istehsal 2015-ci ilin oktyabr ayında isə 2,6 milyon kilovatsaatdan artıq olmuşdur.
Qeyd edək ki, ötən illərdə olduğu kimi, cari ilin 10 ayında da “Füzuli” elektrik stansiyasında elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.