2012-Cİ İLDƏ 21,3 MİLYARD KİLOVATSAATDAN ARTIQ ELEKTRİK ENERJİ İSTEHSALI

Image

2012-ci ilin 12 ayı ərzində ölkə enerjisistemində 21,3 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

Bununla yanaşı, il ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.

Mənbənin bildirdiyi digər bir məlumata görə, 2012-ci ilin dekabr ayında 2,1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.