İSTİSMAR SƏVİYYƏSİ YÜKSƏLDİLİB

Image

Son dövrlər “Astara Elek­trik Şəbəkəsi”nin enerji tə­sər­rü­fatında aparılan məqsəd­yönlü tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, ra­yonun elektrik enerjisinin təchizatı ilə bağlı heç bir problem yoxdur, is­tehlakçı qrupların hamısı bütün sut­ka ərzində keyfiyyətli və stabil elektrik enerjisi ilə təmin olunur.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, istehlakçıların elektrik ener­ji təchizatının daha da yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər gələn il də həyata keçiriləcəkdir. Cari ilin 11 ayı ərzində 10 kilovoltluq hava xəttində 60 ədəd dəmir-beton dayaq dəyişdirilib, 0,4 kV-lik xətlərdə isə 50 ədəd dayaq yenisi ilə əvəz olunub. Bu xətlərdə 4 km uzunluğunda AS-50 markalı naqil yenisi ilə əvəz olunub. Həmçinin 2 km-ə yaxın SİP kabel çəkilib, 900 ədəd elektron sayğac quraşdırılıb. Bu dövr ərzində 14 ədəd 10/0,4 kV-lik transformator əsaslı təmir edilərək yerinə quraşdırılıb. Şəbəkənin balansına daxil olan transformatorlara  yağ əlavə edilib.

Qeyd edək ki, müəssisənin xidməti ərazisində cari ilin 11 ayı ərzində  keçirilmiş reydlər zamanı 120 qayda pozuntusu faktı aşkar edilərək aktlaşdırılıb. Nəticədə 523 min kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin 31 min 380 manatdan çox istehlak dəyəri bərpa edilib. Həmin məbləğin təqribən 53 faizdən artıq hissəsinin ödənişi təmin edilib, qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Sonda onu da qeyd edək ki, şəbəkədə əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir.  İşçilərin peşəkarlıq sə­viyyəsinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı daim təlimatlandırılırlar.