COĞRAFİ RELYEF MÜRƏKKƏB OLSA DA...

Image

Əsasən dağlıq ərazidə yerləşən Yardımlı rayonunun mürəkkəb coğrafi relyefi enerji təsərrüfatına nəzarət baxımından müəyyən çətinliklər yaratsa da, rayon elektrik şəbəkəsinin kollektivi öz işinin öhdəsindən layiqincə gəlməyə çalışır.

“Yardımlı Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xitmətinə daxil olan məlumata görə, qarşıya çıxan bütün çətinliklər regional şəbəkənin dəstəyi və əmək kollektivinin səyi ilə öz həllini tapır. Xidməti ərazidə olan 8200-dən çox istehlakçının (7800-dən çoxu daimi əhali qrupu istehlakçılarıdır) daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün bütün zəruri tədbirlər vaxtında icra olunur.

Qeyd edək ki, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik EVX-lərin 700 metrində təmir işləri aparılmışdır. Eyni zamanda 6 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və ümumi gücü 680 KVA olan 3 ədəd transformator da əsaslı təmir edilərək şəbəkəyə qoşulmuşdur. Ümumiyyətlə, bütün energetika təsərrüfatlarında olduğu kimi, burada da payız-qış mövsümünə hazırlıq tədbirləri yüksək səviyyədə icra olunur, işlər qrafik üzrə aparılır və avadanlıqların dayanıqlığının artırılması üçün tədbirlər icra olunur.

Yeri gəlmişkən, cari ilin noyabr ayında müəssisə üzrə 1,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə bu göstətici 1,3 milyon kilovatsaata yaxındır.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin 11 ayı üzrə istehlak edilmiş elektrik enerjisinin miqdarı 15,4 milyon kilovatsaata yaxın olmuşdur ki, bunun da 12,6 milyon kilovatsaatı daimi əhali istehlakçı qrupuna məxsusdur.

Onu da qeyd edək ki, elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərə qarşı sərt tədbirlərin görülməsi bu şəbəkə üçün də xarakterikdir. Keçirilən reydlər zamanı hələ də bir sıra istehlakçıların müxtəlif yollarla sayğaca müdaxilə etmələri müşahidə olunur. Ümumilikdə isə əksər rayonlarla müqayisədə burada qayda pozulması halları az müşahidə olunur.  Belə ki, müəssisənin xidməti ərazisində cari ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı 60-a yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 325,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 19,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 30 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

O cümlədən, cari ilin noyabr  ayında isə burada 22 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 100,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 69 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.