“AZƏRBAYCAN İES”: TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR

Image

Digər enerji müəssisələrində olduğu kimi, respublikamızın enerji nəhəngi  sayılan “Azərbaycan İstilik Elektrik Stansiyası”nda (İES) həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi olaraq texniki iqtisadi göstəricilər qənaətbəxşdir. Stansiyanın kollektivi cari ilin 11 ayını da yüksək işgüzarlıq əhval-ruhiyyəsi ilə yola salıblar. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyanın kollektivi cari ilin noyabr ayında 721,4 milyon kilovatsaat elektrik enerjisi istehsal etmişlər.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə burada 7 milyard 288,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunmuşdur.