XIRDALAN EŞ: AVADANLIQLAR NÖVBƏTİ MÖVSÜMƏ HAZIRDIR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında ənənəvi təmir-bərpa işləri yerinə yetirilir. “Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Xırdalan Elektrik Şəbəkəsi”ndən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin on üç ayında da qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. Belə ki, müəssisənin xidmət göstərdiyi Masazır, Hökməli, Güzdək, Müşfiq, Xırdalan və digər yaşayış məntəqələrində 10, 6 və 0,4 kV-lik xətlərdə müxtəlif təyinatlı təmir işləri uğurla həyata keçirilimişdir. Eyni zamanda sayğac uçot komplektinə nəzarəin daha da gücləndirilməsi məqəsdilə həyata keçirilən yenidənqurma işləri zamanı 15,1 km-ə yaxın SİP kabel xətti çəkilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə 40-a yaxın TM və KTM-də müxtəlif təyinatlı təmir işləri görülmüş və 6 tranformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur. Eyni zamanda Masazırda 250 KVA-lıq transformator 630 KVA ilə əvəzlənmişdir. Bütün bunlarla yanaşı texnoloji itkiləri azaltmaq və transformatorlardan səmərəli istifadə etmək məqsədilə transformatorların gücləri ilə yüklərinin uyğunluğuna baxış keçirilmiş və müvafiq tədbirlər görülmüşdür.
Yeri gəlmişkən, müəssisənin xidməti ərazisində enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 190-dan artıq istehlakçının (bundan 187-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 576,4 min kilovatsaatdan artıq (bundan 511,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 34,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə 1120-ə yaxın qayda pozuntusu aktı tərtib olunmuşdur ki, bunun da 1041-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Müvafiq qaydada hesabat aparılaraq 4 milyon 740,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 284,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 60 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.