1,7 MİLYARD KİLOVATSAATDAN ARTIQ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB

Image

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən daxil olan məlumata görə,  cari ilin noyabr ayında ölkə enerjisistemində 1,7 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,6 milyard kilovatsaatdan çox, su elektrik stansiyalarının (SES) payına isə 0,1 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.

Mənbəyə istinadən onu da qeyd edək ki, sözügedən ay ərzində qonşu dövlətlərlə - Rusiya Federasiyası, Türkiyə və İran İslam Respublikası ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin 11 ayı ərzinndə isə 19,2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, İES-lərdə 17,5 milyard kilovatsaatdan, SES-lərdə isə 1,7 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal edilmişdir.