QIŞA LAZIMİ HAZIRLIQ GÖRÜLÜR

Image

Hazırda energetiklərin mühüm vəzifələrindən biri qarşıdan gələn qış mövsümündə enerji təchizatı sisteminin dayanıqlığını, ötürücü və paylayıcı şəbəkələrdə avadanlıqların normal işini təmin etməkdən ibarətdir. Bu məqsədlə respublikamızın qərb bölgəsində fəaliyyət göstərən “Göygöl” elektrik şəbəkəsində zəruri tədbirlər həyata keçirilir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,

“Göygöl EŞ”in yenidən qu­rulması ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. Şəhərin enerji təchizatının yeraltı kabel xəttinə keçirilməsi rayon mərkəzinin beş küçəsindən dördündə tamamilə başa çatıb. Elektrik enerjisinin verilişində yüksək keyfiyyətin təmin olunması istiqamətində mühüm işlər həyata keçirilib.

Son aylar rayonun kəndlərində enerji verilişinin keyfiyyətinin yüksəldilməsi üçün məqsəd­yönlü tədbirlər həyata keçirilib. 6 və 10 kV-lik xeyli sayda yeni dayaq quraşdırılıb, 24 transformator təmir olunub. Bununla bərabər, 1,25 km uzunluğunda 0,4 kV-lik, 3,3 km uzunluğunda isə 6 və 10 kV-lik elektrik verilişi xətləri təmirdən çıxarılıb.