“ŞABRAN EŞ”: REYDLƏR MÜTƏMADİ KEÇİRİLİR

Image

İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində mütəmadi reydlər keçirilir. Aşkar edilmiş pozuntuların qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Şabran” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin oktyabr ayında keçirilmiş reydlər zamanı 60-dan çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 84,3 min kilovatsaata yaxın (bundan 61,3 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 15 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə müəssisə üzrə 300-ə yaxın qayda pozuntusu aşkar edilərək 664,2 min kilovatsaata yaxın (bundan 453,5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 39,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində  həmin bu məbləğin 25 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, mənbələrdən qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki,  elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.