“ASTARA ES”: AQREQATLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR

Image

Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi “Astara Elektrik Stansiyası”nda da aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun vaxtında göstərilmişdir. Məhz onun nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ilin 10 ayında da elektrik enerjisi istehsalında problem yaranmamışdır.

“Azərenerji” ASC-nin Enerinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiya cari ilin 10 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynamışdır. Belə ki, sözügedən dövr ərzində 181,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, kollektiv cari ilin oktyabr ayında da yaxşı işləmiş və 18 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal etmişlər.

Nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində bir neçə aqreqatda növbəti istismar həddinə uyğun olaraq texniki qulluq işləri yerinə yetirilmiş, qalan bloklarda isə profilaktiki işlər həyata keçirilmişdir. Eyni zamanda aqreqatların soyutma və yağlama sistemlərində yaranan qüsurlar aradan qaldırılmışdır.

Digər təmir işlərindən danışan mənbə onu da bildirdi ki, sözügedən dövrdə yarımsytansiyada 4 saylı güc transformatorunun 11 kV-lik eleqaz açarı da əsaslı təmir edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, payız-qış mövsümündə stansiyanın dayanıqlı və təhlükəsiz iş rejimini saxlamaq məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun olaraq işlər qrafik üzrə davam etdirilir.

Xatırladaq ki, ümumi gücü 87 MVt olan “Astara Elektrik Stansiya”sı 10 aqreqatdan ibarətdir.