TƏMİR İŞLƏRİ VƏ REYDLƏR DAVAM ETDİRİLİR
İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə paylayıcı elektrik şəbəkəsi müəssisələrində mühüm addımlar atılır. Qeyd edək ki, hazırda payız-qış mövsümünə hazırlıq çərçivəsində həm yarımstansiyalarda, transformator və komplekt transformator məntəqələrində, həm də xətlərdə cari və əsaslı təmir işləri həyata keçirilir.
“Balakən” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik “Sənaye”, “Dəmir yol”, “Qazbinə”, 6 kV-lik “Katex”, “İtitala” və digər HX-lərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı ümumilikdə 3 km-dən artıq xətt təmir edilmişdir. Paralel olaraq təmir işləri 0,4 kV-lik xətlərdə də aparılmış və nəticədə 2,4 km-dən artıq xətt təmir olunmuşdur.
Qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də həyata keçirilmişdir. Sözügedən dövrdə 9 TM-də müxtəlif təyinatlı təmir işləri reallaşmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisənin xidməti ərazisində cari ilin avqust ayında keçirilmiş reydlər zamanı 17 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 37,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 2,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğlə yanaşı, ötən aylrın aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Ümumiyyətlə isə, burada 2012-ci ilin 8 ayı ərzində 150 qayda pozuntusu faktı aşkar edilərək 401,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 24 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 76 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM-lərin ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmiş və EVX-lərin trassası yaşıl kütlədən təmişlənmişdir.
Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.