1,5 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB

Image

Cari ilin sentyabr ayında ölkə enerjisistemində 1,5 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,4 milyard kilovatsaata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsalı düşür.

Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin 9 ayı ərzinndə 16 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, İES-lərdə 14,4 milyard kilovatsaatdan artıq, SES-lərdə isə 1,6 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.