“AZƏRENEJI” ASC MƏTBUAT XIDMƏTININ MƏLUMATI
28.09.2012-ci il tarixdə güclü leysanla müşaiyət olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar səhər saat 6-55 radələrində ölkənin əsas stansiyası olan Azərbaycan İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş vermişdir. Ildırım vurması nəticəsində Hava Açarı və 330 kV-luq gərginlik transfatmatoru zədələnmişdir. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnmişdir. Avtomatika təhlükəsizliyi zədələndiyindən sistemdə enerji fasiləsi yaranmışdır.
Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam təmin olunmuşdur.
Qeyd edək ki, yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülmüşdür.