T E N D E R
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Qarabağ Regional Elektrik Şəbəkəsinin İnzibati və yardımçı təsərrüfat binalarının inşaası işləri, 110/35/6 kV-luq Qala Yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-ya çevirməklə yenidənqurulması və istismara verilməsi işləri, 110/20/6 kV-luq “Ramana” YS-nı 110/35/6 kV yarımstansiyaya çevirməklə yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 3 (üç) lot üzrə keçirilir:
LOT - 1. Qarabağ Regional Elektrik Şəbəkəsinin İnzibati və yardımçı təsərrüfat binalarının inşaası işlərinin satın alınması üzrə iştirak haqqı – 1 000 (bir min) manat
LOT – 2. 110/35/6 kV-luq Qala Yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-ya çevirməklə yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iştirak haqqı – 2 000 (iki min) manat
LOT - 3. 110/20/6 kV-luq “Ramana” YS-nı 110/35/6 kV yarımstansiyaya çevirməklə yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iştirak haqqı – 2 000 (iki min) manat
Hesab: AZ35AIIB33020019441024659102
VÖEN : 9900000421
Bank: “Kapital Bank” ASC Mərkəz Filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X
hesabına köçürdükdən sonra ərizə ilə müraciət edərək Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10, ünvanından yerləşən “Azərenerji” ASC-nin inzibati binasında yerləşən “Tender və Müqavilə” şöbəsindən ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Araz Məmmədzadə, telefon: 490-09-27, 598-05-56;
LOT - 1. Qarabağ Regional Elektrik Şəbəkəsinin İnzibati və yardımçı təsərrüfat binalarının inşaası işlərinin satın alınması üzrə İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçı şirkət ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların yenidənqurma, restavrasiya, başqa layihələrin layihələndirmə və tikintisi işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması.
- İddiaçı şirkətin elektrik stansiyalarının, yarımstansiyaların yenidənqurma, restavrasiya, tikinti işləri üzrə başqa layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər.
- İddiaçı şirkətin çox təcrübəli, yüksək peşakar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər( tərcümeyi halları).
- İddiaçı Azərbaycan Respublikasının qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.
LOT – 2. 110/35/6 kV-luq Qala Yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-ya çevirməklə yenidənqurulması və istismara verilməsi və LOT - 3. 110/20/6 kV-luq “Ramana” YS-nı 110/35/6 kV yarımstansiyaya çevirməklə yenidənqurulması və istismara verilməsi işlərinin satın alınmas üzrə İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yəni tender təklifləri оlan zərflərin açılışı günündən sоnra ən azı 60 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların, elektrik istehsalı işlər üzrə başqa layihələrin layihələndirmə və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər. Eləcə də, yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 30 000 000 (otuz milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması.
- Şifarişçinin podraçıya təqdim elədiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunmuş tender təklifləri qiymətləndirməyə alınmayacaq.
- İddiaçı şirkətin elektrik stansiyalarında enerji istehsalı ilə bağlı işlər üzrə ən azı 3 layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər.
- İddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər( tərcümeyi halları).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “06” iyul 2021-ci il saat 1500-a qədər, bank təminatını və tender təklifi isə “15” iyul 2021-ci il saat 1500-a Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10, ünvanına “Tender və Müqavilə” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri “16” iyul 2021-ci il saat 1500-da yuxarıda göstərilən ünvanda (online qaydada) açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
“Azərenerji” ASC-nin
TENDER KOMİSSİYASI