B İ L D İ R İ Ş
“Azərenerji” ASC tərəfindən 02 iyun 2021-ci il tarixində elan edilmiş “Qarabağ Regional Elektrik Şəbəkə” MMC-nin İnzibati və yardımçı təsərrüfat binalarının layihələndirilərək tikintisi işlərinin satın alınması, 110/35/6 kV-luq Qala Yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-ya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması və 110/20/6 kV-luq “Ramana” YS-nı 110/35/6 kV-luq yarımstansiyaya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satınalınması işləri üzrə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və tender komissiyasının qərarı ilə formal tələblərə cavab verən, ən aşağı qiymət təklif edən “Farcon” QSC, “Electro İndustries” QSC, “AZCONSTRUCTİON” QSC şirkətləri ilə müvafiq satınalma müqaviləsi imzalanmışdır.
Tender Komissiyası