“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Bakı-3” Elektrik Yarımstansiyasının İdarəetmə mərkəzinin tikintisi işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender 7 lot üzrə keçirilir:
LOT - 5. “Bakı-3” Elektrik Yarımstansiyasının İdarəetmə mərkəzinin tikintisi işlərinin satın alınması üzrə iştirak haqqı – 2 000 (iki min) manat
İştirak etmək istəyənlər iştirak haqlarını aşağıda qeyd olunan,
|
Hesab: AZ35AIIB33020019441024659102 VÖEN : 9900000421 Bank: “Kapital Bank” ASC Mərkəz Filialı Kodu: 200026 VÖEN: 9900003611 M/H: AZ37NABZ01350100000000001944 S.W.İ.F.T: AIIBAZ2X
hesaba köçürdükdən sonra ərizə ilə müraciət edərək Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10, ünvanında, “Azərenerji” ASC-nin “Tender və Müqavilə” şöbəsindən ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır. Əlaqələndirici şəxs: Azad Məmmədov, telefon: 490-09-27, 598-26-96, 598-05-56;
LOT - 5 “Bakı-3” Elektrik Yarımstansiyasının İdarəetmə mərkəzinin tikintisi işlərinin satın alınması üzrə İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - İddiaçı şirkət ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların yenidənqurma, restavrasiya, başqa layihələrin layihələndirmə və tikintisi işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması.
- İddiaçı şirkətin elektrik stansiyalarının, yarımstansiyaların yenidənqurma, restavrasiya, tikinti işləri üzrə başqa layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər. - İddiaçı şirkətin çox təcrübəli, yüksək peşakar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər( tərcümeyi halları). - İddiaçı Azərbaycan Respublikasının qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “01” fevral 2022-ci il saat 1500-a qədər, bank təminatını və tender təklifi isə “09” fevral 2022-ci il saat 1500-a Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10, ünvanına “Tender və Müqavilə” şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların tender təklifləri “10” fevral 2022-ci il saat 1500-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (online qaydada).
“Azərenerji” ASC-nin TENDER KOMİSSİYASI
|
|