Xudafərin və Qız Qalası Su Elektrik Stansiyalarının Layihələndirilərək tikintisi işlərinin satın alınması üzrə AÇIQ TENDER PROSEDURUNU ELAN EDİR
Tender
iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş,
imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə
yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik
olmalıdırlar.
İddiaçılar
Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ə.Əlizadə
küçəsi 10-dan (Əlaqələndirici şəxs: İsazadə Həmid, telefon: (012)-598-05-56
ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-
Tenderdə iştirak
etmək üçün yazılı müraciət;
-
Tender təklifi
(zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-
Tender təklifi
dəyərinin 1%-i həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
-
Vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması
haqqında müvafiq vergi orqanından arayış;
-
Məhkəmə qərarları
ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti
dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin
yönəldilməməsi haqqında arayış
-
Təchizatçı
qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının
rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının
məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış
-
Təchizatçı
qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin
satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5
(beş) il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq
mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı
leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması haqqında arayış
-
Müqavilənin icrası
zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək
imkanının olmasıhaqqında arayış
-
Son bir il ərzində
iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş
qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən
tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tətbiq edilməməsi
haqqında arayış
-
iddiaçının son bir
ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-
iddiaçının maliyyə
hesabatının surəti;(təsdiqlənmiş kənar audit rəyilə)
-
İddiaçının tam
adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-
İddiaçının müasir texnologiyalardan istifadə
etməklə analoji işlərə uyğun elektrik stansiyaların, su elektrik stansiyaların layihələndirilərək
tikintisi işlərinin təcrübəsinə malik
olmasına dair təsdiqedici sənədlər.
-
İddiaçı şirkətin elektrik stansiyaların, su
elektrik stansiyaların üzrə ən azı 3 layihədə baş podratçı
qismində elektrik stansiyaların, su elektrik stansiyaların layihələndirilərək tikintisi
üzrə 212 000 000 AZN dəyərində təcrübəyə malik olmasına dair
təsdiqedici sənədlər. (Müqavilələr,
Təhvil-təslim aktları, forma-2, forma-3)
-
İddiaçı şirkətin çox təcrübəli, yüksək
peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər (tərcümeyi halları) və
tələb olunan işlərin görülməsi üçün texniki bazasının olması.
Sənədlər
Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə
olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar
tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri, tender təklifi və
bank təminatı ikiqat zərfdə “04” dekabr 2025-ci il saat 1200-a qədər,
Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanına “Ümumi” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan
gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri “04”
dekabr 2025-ci il saat 1600-da yuxarıda göstərilən ünvanda
açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iclasda
iştirak edə bilərlər.
“Azərenerji” ASC-nin
TENDER
KOMİSSİYASI