Bildiriş-Uzatma
B İ L D İ R İ Ş
“Azərenerji” ASC tərəfindən 21.10.2025-ci il
tarixində “Xudafərin və Qız Qalası Su
Elektrik Stansiyalarının Layihələndirilərək tikintisi” işlərinin satın alınması məqsədi
ilə elan edilmiş müsabiqənin müddəti podratçıların sorğusuna əsasən aşağıda
qeyd olunan müddətlərə uzadılır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri,
tender təklifi və bank təminatı ikiqat zərfdə “27” yanvar 2026-ci il saat 1200-a
qədər, Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanına “Ümumi” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri
qaytarılacaqdır.
İddiaçıların tender təklifləri “27” yanvar 2026-ci il saat 1600-da yuxarıda göstərilən
ünvanda açılacaqdır.
İddiaçıların
səlahiyyətli nümayəndələri iclasda iştirak edə bilərlər.
.
“Azərenerji” ASC-nin
Satınalma Komissiyası