HAVA XƏTLƏRİNDƏ CARİ TƏMİR İŞLƏRİ APARILIB
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, «Gəncə REŞ» -inn balans mənsubiyyətinə aid olan 110/35/6 kV-lik «Gəncə-1» yarımstansiyasında böyük həcmdə iş yerinə yetirilib. 110 kV-lik 3-cü «Gəncə» hava xəttinin eleqaz açarı, cərəyan transformatoru və xətt ayırıcısı təmirdən çıxarılıb. 31,5 MVA 2 nömrəli transformatorun soyutma sistemində ventilyator mühərrikləri yenisi ilə əvəz olunub. Eyni güclü 3 nömrəli transformatorun isə 6 kV-lik cərəyan transformatoru cari təmir edilib.
Eyni zamanda 110/35/10 kV-lik «Zəyəm» yarımstansiyasında 10 kV-lik «İstilikxana» və «Texnologiya» hava xətlərinin vakuum açarları, «Alabaşlı» yarımstansiyasında 1 nömrəli 25 MVA transformatorun 10 kV-lik giriş vakuum açarları cari təmirdən çıxarılıb. 500/330/110 kV-lik «Samux» yarımstansiyasındakı 630 kVA-lıq xətt ayırıcısının təmiri də bu qəbildəndir. O cümlədən 1-ci və 2-ci «Alüminiumzavod», 4-cü «Mingəçevir», 3-cü «Şəmkir», 2-ci və 3-cü «Samux» hava xətlərində də müxtəlif təyinatlı cari təmir işləri həyata keçirilib.
330/110/10 kV-lik «Gəncə» yarımstansiyasından çıxan «Samux», «Gəncə», «Kür», «Mərkəz», «Şəmkir» hava xətlərinin eleqaz açarları və cərəyan transformatorları cari təmirlərdən sonra sistemə qoşulub.
«Gəncə REŞ» MMC-nin balans mnsubiyyətində olan hava xətlərindəki istismar müddəti başa çatmış izolyatorlar da dəyişdirilib. 330 kV-lik 4-cü «Mingəçevir» hava xəttində 16, 110 kV-lik 2-ci «Şəmkir» hava xəttində 40, 110 kV-lik 1-ci «Ağstafa» hava xəttində 21 və 110 kV-lik 2-ci «Ağstafa» hava xəttində 24 ədəd izolyatorun təzələnməsi də görülən işlərin sırasındadır.