1,7 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
Cari ilin iyul ayında ölkə enerjisistemində 1,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,5 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaata yaxından artıq elektrik enerjisi istehsalı düşür.
Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin ötən 7 ayı ərzinndə isə 12,8 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, İES-lərdə 11,4 milyard kilovatsaata yaxın, SES-lərdə isə 1,4 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.