“SİRVAN REŞ”: TƏMİR-BƏRPA İŞLƏRİ DAVAM EDİR

Image

Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki iqtisadi göstəricilıərin daha da yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə cari və əsaslı təmir işləri cari ilin son üç ayı ərzində də uğurla davam etdirilimişdir.

Qeyd edək ki, şəbəkə Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, və Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən elektrik verilişi xətlərinə və yarımstansiyalarına xidmət edir.

REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, adları çəkilən rayon və qəsəbələrdəki istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatı məqsədilə 330 kV-lik IV “Şirvan”, 220 kV-lik I, II “Şirvan” hava elektrik verilişi xətlərində (HEVX) müxtəlif təynatlı təmir- bərpa işləri aparılıb.  O cümlədən, həmin bu xətlərin 37 kilometrə yaxın hissəsi əsaslı təmir edilmişdir.

Yeri gəlmişkən, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan, gərginliyi 110, 35 kV-lik HEVX-lərində də həyata keçirilimişdir. Təmir işlərinə izolyatorların dəyişdirilməsi, xətlərin əsaslı təmiri, xətt armaturlarının quraşdırılması, yağ açarlarının eleqaz açarlarla və dayaqların yeniləri ilə əvəz edilməsi daxildir.  Belə ki, sözügedən xətlərin 16 kilometrdən artıq hissəsi əsaslı təmir edilmişdir.

Müəssisədən onu da bildirdilər ki, təmir-bərpa işləri müəssisənin xidməti ərazisində yerləşən yarımstansiyalardan da yan ötməmişdir. Belə ki, həmin bu dövrdə 35 kV-lik “Şorsulu” yarımstansiyasında 2,5 MVA-lıq transformator təmir edilərək şəəkəyə qoşulmuşdur. Eyni zamanda sözügedən gərginlikli “Lerik” yarımstansiyasında ümumi gücü 6,5 MVA olan 1 və 2 saylı transformatorlar və onların giriş yağ açarları da təmir edilmişdir. Bütün bunlarla yanaşı “Abdulabad”, “Göytəpə”, “Liman” və digər müvafiq yarımstansiyalarda 16 ədəd müxtəlif güclü transformatorlar əsaslı və cari təmir edilərək normal iş rejiminə gətirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, icrası reallaşdırılan tədbirlər enerji ötürücülərində dayanıqlığın  yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar açır.

Onu da qeyd edək ki, yanğın təhlükəsizliyi ilə əlaqədar olaraq ərazidən quru otlar təmizlənmiş, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir. Eyni zamanda avtomatik yanğınsöndürmə qurğusu təftiş olunaraq saz vəziyyətə gətirilmişdir.

Şəbəkədən verilən məlumata istinadən, yerinə yetirlən və hazırda davam etdirilən təmir-bərpa işləri bölgənin enerji təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.