QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR

Image

Ötürücü və paylayıcı şəbəkələrdə işlər böyük vüsət alıb. Avadanlıqların ifrat yüklənmədən və havanın yüksək temperaturunun təsirindən qorunması üçün zəruri tədbirlər həyata keçiririb.

“Tovuz Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xıdmətinə bu enerji təsərrüfatının transformator məntəqələrində (TM) və 10, 6 və 0,4 kV-lik şəbəkələrinin mövcud vəziyyəti barəsində daxil olan məlumata görə, EŞ-in xidməti ərazisində  olan 10 və 6 kV-lik EVX-lərin sayı 54 ədəd, TM-lərin ümumi sayı 1564 ədəd və gücü isə 205,4 MVA-dan artıqdır.

Mənbənin bildirdiyinə görə, burada istismar işləri də nəzərdə tutulan qrafik üzrə aparılır. Dayaqlar daha keyfiyyətliləri ilə əvəz olunur, zərurət yaranan ərazilərdə məftillər dəyişdirilir. Bundan başqa, daha çox yüklənən transformator məntəqələrinin yükü azaldılır, həmin istehlakçılar digər TM-lərə qoşulur. Bu da itkilərin azalması və dayanıqlığın yaxşılaşdırılması baxımından müsbət təsirə malikdir. Cari ilin son üç ayı ərzində 10 və 6 kV-lik hava xətlərinin 2,7 kilometrdən artıq hissəsi təmir edilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərdə aparılmış təmir işləri zamanı həmin bu xətlərin 2,1 kilometrdən artıq hissəsi normal vəziyyətə gətirilmişdir.

Qeyd edək ki, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən 3 ədəd TM və 26 ədəd tranformator təmir edimişdir.

“Ümumiyyətlə, sözügedən müəssisənin elektrik avadanlıqlarında da mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur.  Eyni zamanda sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi reydlər keçirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 45-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 217,7 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 13,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 40 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, cari ilin 4 ayı ərzində keçirilmiş reydlər zamanı isə 167 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 682,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 41 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 50 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.