2,2 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
Cari ilin mart ayında ölkə enerjisistemində 2,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 2 milyard kilovatsaata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsalı düşür.
Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin I rübü ərzinndə isə 6,5 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, İES-lərdə 5,9 milyard kilovatsaata, SES-lərdə isə 0,6 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.