LAZIMİ TƏDBİRLƏR VAXTINDA HƏYATA KEÇİRİLİR
“Füzuli Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azəreneji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində əvvəlki dövrlərlə müqayisədə cari ilin yanvarında sərfiyyat artıb ki, bunun ba müxtəlif səbəbləri vardır. Belə ki, burada alternativ enerji mənbələri yetərli olmadığından, sakinlər istiliklə əlaqəli bütün məişət ehtiyaclarını məhz elektrik enerjisi ilə təmin edirlər.
Mənbəyə istinadən onu da qeyd edək ki, martın ilk ongünlüyündə güclü qar yağması nəticəsində baş verən qısamüddətli açılmalar istisna edilməklə, Füzuli rayonunun enerji təchizatı sistemi bu ilin sərt qışında dayanıqlı fəaliyyət göstərib. Baş verən qısamüddətli açılmalar isə xüsusi qəza-bərpa briqadası tərəfindən operativ şəkildə bərpa edilib.
Qeyd edək ki, enerji verilişində fasiləsizliyin başlıca səbəbi ötən ilin yay aylarında bütün elektrik avadanlıqlarının və hava verilişi xətlərinin qrafik üzrə təmir olunaraq saz vəziyyətə gətirilməsidir. Rayonun işğaldan azad edilmiş 23 kəndində və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə mövcud ötürücü və paylayıcı avadanlıqların dayanıqlığı təmin edilir.
Yeri gəlmişkən, bu ilin əvvəlindən növəti payız-qış mövsümünə hazırlıq tədbirlərinin qrafiki tutulub. Təmir qrafikində yarımstansiya avadanlıqları, transformator məntəqələri və xətlər üzrə cari təmir işlərinin aparılması nəzərdə tutulur.
Sonda ony da qeyd edək ki, səbəkə kollektivinin sağlam fəaliyyəti üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə də xüsusi diqqət yetirilir. Bütün istismar heyəti istənilən əməliyyatın yerinə yetirilməsinə - qəzaların aradan qaldırılmasına və ya cari təmir işlərinə cəlb edildikdə, ilk növbədə, cavabdeh səlahiyyətli şəxslər tərəfindən təlimatlandırılırlar.