“AZƏRBAYCAN İES”: YEKUNLAR UĞURLUDUR
Baharın gəlişi ölkə energetiklərinin işgüzar əhval-ruhiyyəsini daha da yüksəldib. Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası sayılan, o cümlədən ölkəmizin ən böyük enerji istehsalçıları ötən ili uğurla yekunlaşdırdığı kimi, cari ilin fevral ayını da diqqətəlayiq texniki-iqtisadi göstəricilərlə başa çatdırıb. “Azərbaycan İstilik Elektrik Stansiyası”ndan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.
Qeyd edək ki, müəssisədə cari ilin fevral ayında proqnozlaşdırılmış 865,8 milyon kilovatsaata qarşı 866 milyon kilovtasaata yaxın elektrik enerjisi istehsal edimişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, istehsalla yanaşı, təmir-bərpa işləri də uğurla həyata keçirilib. Nəticədə blokların texniki-iqtisadi göstəriciləri yaxşılaşdırılmışdır.
Yeri gəlmişkən, hal-hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyətini davam etdirir və beş enerji bloku tam gücü ilə işləyir. Üç enerji bloku isə ehtiyatda saxlanılır.
Qeyd edək ki, İES üzrə gündəlik enerji istehsalı dispetçer qrafikinə uyğun olaraq, 21-23 milyon kilovat-saat təşkil edir.