2,1 MİLYARD KİLOVATSAATDAN ARTIQ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB

Image

Cari ilin fevral ayında ölkə enerjisistemində 2,1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,9 milyard kilovatsaatdan, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsalı düşür.

Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.

Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin iki ayı ərzinndə isə 4,3 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 3,9 milyard kilovatsaatdan çoxu İES-lərin, 0,4 milyard kilovatsaata yaxını isə SES-lərin payına düşür.