TƏMİR DAVAM ETDİRİLİR

Image

Cari ilin iyul ayı ərzində “Gəncə REŞ” MMC-nin balans mənsubiyyətində olan yarımstansiyalarda və yüksək gərginlikli elektrik xətlərində əsaslı və cari təmir işləri həyata keçirilib. Respublikamızın əsasən qərb bölgəsinin enerji təminatında mühüm rol oynayan müəssisənin təmirçiləri əlverişli hava şəraitindən maksimum yararlanıblar. Yarımstansiyalardakı qurğu və avadanlıqlarda, yüksək gərginlikli xətlərdə təsdiqlənmiş tədbirlər planına əsasən işlər görüblər.

Sözügedən REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, onlar 110/35/6 kilovoltluq “Gəncə-1” yarımstansiyasında cari təmirlər aparıblar - 20 MVA-lıq 1 nömrəli, 31,5 MVA-lıq 2 və 3 nömrəli transformatorların 110 kV-lik eleqaz açarları və cərəyan transformatorları, habelə 110 kV-lik 1-ci, 2-ci “Daşkəsən”, 5-ci, 6-cı, 7-ci “Gəncə”, 1-ci, 2-ci “Melxior” hava xətlərinin eleqaz açarları (EA) və cərəyan transformatorları (CT) bu qəbildəndir. Həmin yarımstansiyalardakı transformatorların 6 kV- lik yağ açarları və vakuum açarları da diqqətdən yayınmayıb. 110 kV- lik 2-ci “Şinlər sisteminin” gərginlik transformatoru, 35 kV- lik 1-ci, 2-ci və 3-cü və “Şinlər sisteminin” gərginlik transformatorlarının boşaldıcıları cari təmir edilib.

Təmirçilər briqadası 110/35/10 kV-lik “Gəncə-2” yarımstansiyasında işi davam etdirirlər. Burada 10 kV-lik “Motel” hava xəttinin vakuum açarları cari təmirdən çıxarılıb. Yüksək gərginlikli “Zə­yəm” yarımstansiyasında 10 kV-lik “Şubartezian-Dəllər” hava xəttinin yağ açarları vakuum açarları ilə əvəz edilib. Həmçinin 10 kV-lik “İstilikxana” və “Texno­logiya” hava xətlərinin vakuum açarlarında da cari təmir işləri görülüb.

Cari təmirlər sırasında 500/330/110 kV-lik “Samux” yarımstansiyasından çıxan 330 kV-lik 1-ci, 2-ci “Alüminium­zavod”, 3-cü “Şəmkir”, 2-ci, 3-cü “Samux” hava xəttinin avadanlıq­ları, 330 kV-lik şinlərarası eleqaz açarları, onun 2-ci “Şinlər sistemi”ndən olan ayırıcısı və cərəyan transformatorları vardır. Belə analoji proseslər 110 kV-lik 2-ci, 5-ci, 6-cı və 7-ci “Gəncə”, 1-ci “Mərkəz”, 2-ci “Yenikənd” hava xətlərində də həyata keçirilib.

Ağstafadakı 330/110/10 kV-lik yarımstansiyadan qidalanan 110 kV-lik “Poylu” hava xəttinin eleqaz açarları və cərəyan transformatoru da cari təmirdən çıxarılıb. İki nömrəli 125 MVA-lıq avtotransformatorun əsaslı təmirinə başlanılıb.

İzolyatorların yeniləri ilə əvəz olunması prosesi də həyata keçirilib. 330 kV-lik 3-cü “Şəmkir” hava xəttində 80 ədəd, 110 kV-lik “Yeni­kənd” hava xəttində 40-a yaxın, “Ağstafa” hava xəttində 70-dən artıq, habelə digər hava xətlərində 30-dan artıq izolyator, 35 kq naqil dəyişdirilib.

“Gəncə REŞ” MMC-nin ob­yektlərində avqust ayında da təmirlər uğurla həyata keçirilib.