REYDLƏR NƏTİCƏ VERİR

Image

Digər EŞ-lərdə olduğu kimi “Balakən” və “İsmayıllı” EŞ-lərinin əməkdaşları tərəfindən  də istehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində reydlər keçirilir və aşkar edilmiş qayda pozuntularına görə müvafiq tədbirlər görülür.

Balakən elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə  daxil olan məlumata görə,  cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 11 istehlakçının (bundan 8 ədədi məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən qeyri qanuni istifadə etməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 16,1 min  kilovatsaatdan artıq (bunun 7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 970 manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı, ötən ildə aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, ötən il ərzində bu müəssisə üzrə 345 istehlakçının (bunun 300 ədədi məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 442,5 min kilovatsaata yaxın (bunun 321,1 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 26,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 88 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

İsmayıllı EŞ-in xidməti ərazisində cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 10 istehlakçının (bunun 6 ədədi məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 94,1 min kilovatsaatdan artıq (bunun 10,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 5,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 86 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı isə 294 istehlakçının (bunun 220-ə yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 757,3 min  kilovatsaatdan artıq (bunun 588,1 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 105,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 13 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmikən, sözügedən müəssisələrin də daxil olduğu “Şəki” REŞ (buraya yuxarıda qeyd edilən müəssisələrlə yanaşı “Şəki”, “Zaqatala”, “Qax”, “Oğuz” və “Qəbələ” EŞ-ləri də daxildir) üzrə isə cari ilin yanvar ayında 200 (bunun 170-dən çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozuntusu aşkar edilərək 2 milyon 525,7 min kilovatsaata yaxın (bunun 739,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 151,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 30 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.