2,2 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
Cari ilin yanvar ayında ölkə enerjisistemində 2,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 2 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.
Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Xatırladaq ki, 2011-ci il ərzində isə ölkə enerjisistemində 20 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.