“FÜZULİ” VƏ “ZƏRDAB” EŞ-DƏ DƏ TƏMİR İŞLƏRİ APARILMIŞDIR

Image

 

“Füzuli” və “Zərdab” elektrik şəbəkələrində (EŞ) 2011-ci ilin IV rübü ərzində 10, 6 və 0,4 kV-luq xətlərdə həyata keçirilmiş yenidənqurma və təmir işləri, transformator və komplekt transformator məntəqələrində (TM və KTM) görülmüş işlər Səhmdar Cəmiyyətin digər enerji müəssisələrində olduğu kimi, burada da uğurla həyata keçirilmişdir.

Belə ki, Füzuli EŞ üzrə 110 kV-lik “Böyük Haramı” yarımstansiyasından (YS) çıxan 6 kV-lik “Hospital”, “Nasos”; 35 kV-lik “Mahmudlu” YS-dan çıxan 10 kV-luq “Alxanlı”, “Haramı”, “Mahmudlu”, “Bala-Bəhməli”; “Horadız” YS-dan çıxan 10 kV-luq “Şükürbəyli”, “Qəsəbə”, “Qazaxlar”; “Böyük Bəhmənli” YS-dan çıxan 10 kV “Böyük Bəhmənli”, “Yağlıvənd” hava xətlərində ümumilikdə 6 kilometrə yaxın məsafədə əsaslı və cari təmir işləri aparılmışdır. Eyni zamanda, müəssisənin əməkdaşları tərəfindən 0,4 kV-luq EVX-lər üzrə rayonun Kərimbəyli, Qazaxlar, Babı, Şükürbəyli, Yağlıvənd, Böyük Bəhmənli, Alxanlı, Mahmudlu, Araz Dilağarda kəndlərində, Qayıdış qəsəbəsində və Horadız şəhəri ərazisində ümumilikdə 17 kilometrdən artıq məsafədə əsaslı və cari təmir işləri aparılmışdır. 10/0,4 kV-luq transformatorların təmirinə gəldikdə isə, qeyd olunmalıdır ki, şəbəkənin mütəxəssisləri 2011-ci ilin IV rübü ərzində Füzuli rayonu üzrə 21 ədəd müxtəlif güclü transformatorları əsaslı və cari təmir edərək istehlakçıların istifadəsinə vermişlər.

Zərdab EŞ-in əməkdaşları da həmişə olduğu kimi, qeyd olunan dövr ərzində də xidməti ərazilərindəki istehlakçıların daha da qayanıqlı və sabit elektrik enerjisi ilə təmin olunmaları, elektrik enerjisinin paylanmasında itgilərin azaldılması və mümkün qədər aradan qaldırılması  məqsədilə kifayət qədər əmək sərf etmişlər. Onlar, rayon ərazisində yerləşən 35 kV-lik “Zərdab” YS-dan çıxan 10 kV-luq “Sovxoz”, “2 saylı şəhər”; “Seyidlər” YS-dan çıxan 10-kV-luq “Bıçaqçı”, “Bıçaqçı-Nasos”, “Seyidlər”  və digər HX-lərində ümumilikdə 4,3 kilometrdən artıq hissəsdə təmir işləri aparmışlar. Bununla yanaşı 0,4 kV-luq EVX-lər üzrə də rayonun Çallı, Gəlmə, Əlvənd, Bıçaqçı, Şıxbağı, Ağabağı, Şəftəhal, Ağamalılar, Mehtililər kəndlərində və Zərdab şəhəri ərazisində ümumilikdə 4,3 kilometrə yaxın məsafədə də təmir işləri həyata keçirmişlər.

Bu şəbəkə rayonunda da transformatorların təmiri üzrə işlər davamlı olaraq aparılır. 2011-ci ilin IV rübü ərzində Zərdab rayonu üzrə 26 ədəd  müxtəlif güclü 10/0,4 kV-luq transformator əsaslı və cari təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.