“ŞƏKİ REŞ”DƏ 2750-DƏN ARTIQ QAYDA POZUNTUSU FAKTI OLUB

Image

İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı sayğacın üst və ya alt qapaqlarına müvafiq dövlət qurumları tərəfindən vurulmuş möhürlərin pozulması, baxış şüşələrinin sındırılması və digər pozuntu hallarına rast gəlinir.

Şəki elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 39 istehlakçının (bundan 34-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 636,5 min  kilovatsaatdan artıq (bundan 67,5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 38,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin məyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə 680-dan artıq qayda pozuntusu aktı tərtib olunmuşdur ki, bunun da 616 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabatlar aparılaraq 2 milyon 663,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin (bundan 1 milyon 488,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) 159,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 20 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Qax EŞ-dən əldə edilən məlumata görə, cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 15 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir ki, bundan da 11-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 24,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin (bundan 15,1 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) 1,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 31 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 11 ayı ərzində isə burada 112 qayda pozuntusu faktı aşkar olunmuşdur ki, bundan 82 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Nəticədə 164,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 9,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 98 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Oğuz EŞ-in xidməti ərazisində isə cari ilin noyabr ayında keçirilmiş reydlər zamanı 5 istehlakçının (bundan 4 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 160,4 min kilovatsaatdan artıq (bundan 158,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 9,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, cari ilin 11 ayı ərzində isə burada 102 qayda pozuntusu (bundan 93 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək 397 min kilovatsaatdan artıq (bunun 280,9 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir)  itirilmiş elektrik enerjisinin 23,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində  həmin bu məbləğin 44 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmikən, sözügedən müəssisələrin də daxil olduğu “Şəki REŞ” (buraya yuxarıda qeyd edilən müəssisələrlə yanaşı “Zaqatala”, “Balakən”, “İsmayıllı” və “Qəbələ” EŞ-ləri də daxildir) üzrə isə cari ilin 11 ayı ərzində 2750-dən artıq (bunun 2288 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozuntusu aşkar edilərək 9 milyon 249,3 min kilovatsaatdan artıq (bunun 4 milyon 400,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 555 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 31 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, noyabr ayında isə 184 qayda pozuntusu (bunun 152 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) faktı aşkar edilmiş və 1 milyon 727,5 min kilovatsaatdan artıq (bunun 386,3 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 103,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin isə 10 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.