QƏSƏBƏLƏR QIŞA HAZIRDIR

Image

 

Ənənəvi xarakter alan təmir-bərpa və yenidənqurma işləri ölkənin bütün enerji obyektlərində uğurla yerinə yetirlir.

Qış mövsümünə hazırlıq çərçivəsində icra edilən bu tədbirlər Respublikanın Məhəmmədi, Digah, Mehdabad, Fatmayi və Novxanı kimi qəsəbələrindən də yan keçməyib. Qəsəbələrdə yerləşən enerji obyektlərindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bu ərazilərdə aparılan təmir işlərinin geniş vüsət aldığı diqqətə çatdırılır.

Məsələn, Məhəmmədi əhalisinin elektrik enerji tələbatının daha da dayanıqlı olmasının təmin edilməsi məqsədilə burada 10 kV-lik eyniadlı hava elektrik verilişi xəttində təmir işləri görülüb, 2 ədəd 0,4 kV-lik ayırıcı quraşdırılıb. Yenidənqurma işləri ilə əlaqədar olaraq 150-dən artıq elektrik dayaqları və 1 dövrəli 4,1 km məsafədə naqil dəyişdirilmişdir. Eyni zamanada abonentlərə 1300-dən artıq “smart kart” tipli sayğac quraşdırılmışdır.

2,5 km uzunluğunda 2 dövrəli 10 kv-lik EVX-nin çəkilişi də bu tədbirlər sırasına daxildir. Qeyd edək ki, adıçəkilən ərazi və enerji obyektləri “Bağlar” elektrik şəbəkəsinin xidmət sahəsinə mənsubdur.

6 kv-lik “Digah” hava xəttində isə 400 kVA güc transformatoru təmir edilərək normal iş rejiminə gətirilmiş, digər 400 kVA güc transformatoru yeni eyni güclü transformatorla əvəz edilmişdir. 3,5 kilometrdən artıq məsafədə yeni naqilin çəkilişi və 25 ədədə yaxın dayaqların yenisi ilə əvəz edilməsi də bu tədbirlər sırasına daxildir. Onu da qeyd edək ki, yeni elektrik enerjisi ilə təmin edilmiş abonentlərə 60-dan artıq sayğac quraşdırılmışdır.

“Bağlar” elektrtik şəbəkəsinin tərkibində fəaliyyət göstərən digər 6 kV-lik Mehdabad hava xəttində də yenidənqurma işləri yerinə yetrilib. Belə ki, burada 10-dan artıq elektrik dayağı dəyişdirilib, 3,7 km məsafədə naqil çəkilmişdir. Mənbə bildirir ki, burada fəaliyyət göstərən müxtəlif güclü 3 ədəd transformatorda cari təmir işləri görülüb. Digər 400 kVA gücündə transformator həmin gücdə yeni transformatorla əvəz edilmişdir. Qəsəbənin abonentlərinə 100-dən artıq elektrik sayğacı quraşdırılmışdır.

Elektrik şəbəkəsindən bildirilən məlumata əsasən, Fatmayi və Novxanı qəsəbələrində də müvafiq yenidənqurma işləri aparılmış, burada da müxtəlif təyinatlı təmir-bərpa işləri ilə yanaşı, çox sayda “smart” tipli elektrik sayğacları quraşdırılmışdır.

Sonda onu da qeyd edək ki, mövsümü xarakterli tədbirlərin vaxtında yerinə yetirlməsi, istehlakçıların elektrik enerjisindən istifadəsinə yüksək səviyyədə zəmanət verir.