İŞLƏR PLAN ÜZRƏ APARILIR
“Gəncə Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin balans mənsubiyyətində olan xətt və avadanlıqların daha keyfiyyətli işləməsi, texnoloji tələblərə cavab verməsi üçün müəssisənin təmirçilər briqadaları əlverişli hava şəraitindən maksimum yararlanmağa çalışırlar. Onlar 330, 110, 35 kV-lik yarımstansiyalarda və eyni gərginlikli hava xətlərində təftiş-yoxlama işləri aparır, habelə nəzərdə tutulmuş cari və əsaslı təmir işləri planında nəzərdə tutulan tədbirləri həyata keçirirlər.
Havaların isti keçməsinə baxmayaraq, 330 kV-lik «Qardabani», IV “Ağstafa”, IV “Mingəçevir”, I “Goranboy”, habelə 110 kV-lik I “Ağstafa”, IV “Gəncə”, II “Şəmkir”, I-II “Yenikənd”, I-II “Daşkəsən”, I “Şəmkir” hava xətlərində izolyatorlar dəyişdirilib, zəruri yerlərdə naqillər yeniləri ilə əvəz edilib. Təmir kampaniyasına start verilən gündən ilin altı ayı ərzində 1000-ə yaxın izolyator dəyişdirilib.
110 kV-lik II «Ağstafa» hava xəttində 360-dan artıq, 110 kV-lik II “Şəmkir” hava xəttində isə 190-dan çox izolyator dəyişdirilərək yeniləri ilə əvəz olunub. Digər yüksək gərginlikli hava xətlərində isə müxtəlif sayda izolyatorlar dəyişdirilib