TƏMİR İŞLƏRİ DAVAM EDİR
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən «Mingəçevir Regional Elektrik Şəbəkəsi»-nin Mingəçevir, Yevlax, Bərdə, Ucar və Ağcabədi şəhərlərində cari ilin iyun ayında xətt və avadanlıqların, o cümlədən yarımstansiyaların istismar səviyyəsini yüksəltmək və keyfiyyətini yaxşılaşdırmaq istiqamətində həyata keçirilən bir sıra məqsədyönlü tədbirlər haqqında Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, təmir işlərini ardıcıl davam etdirən müəssisənin əməkçiləri iyun ayında 110/35/6 kilovoltluq «Şəhər» yarımstansiyasında 2 nömrəli 63 MVA transformatorun 35 kV-lik giriş yağ açarını, habelə 30 saylı hava xəttinin 6 kV-lik yağ açarını əsaslı təmirdən, 1 saylı transformatorun 110 kV-lik eleqaz açarını və 35 kV-lik giriş yağ açarını cari təmrdən çıxarıblar. Təmirçilər briqadası 110/35/10 kilovoltluq «Yevlax» yarımstansiyasında da analoji işləri yerinə yetiriblər. Belə ki, 10 kV-lik 3-cü «Kənd» hava xəttinin və 35 kV-lik 2-ci «Dartıcı» hava xəttinin yağ açarları əsaslı təmir edilib. Yarımstansiyanın 1 saylı 63 MVA transformatoru, 110 kV-lik 2-ci «Ucar» xəttinin eleqaz açarı, 10 kV-lik «Nasos» hava xəttinin yağ açarı cari təmirdən çıxarılıb.
Cari təmir işləri 110/35/10 kilovoltluq «Bərdə» və «Ucar» yarımstansiyalarında da həyata keçirilib. 63 MVA transformator, 110 kV-lik eleqaz açarı – (3 ədəd), 35 kV-lik bloklararası və şinlərarası yağ açarlarının – (2 ədəd) cari təmiri bu qəbildəndir.
110/35/10 kV-lik «Ağcabədi» yarımstansiyasının təmirçiləri də iyun ayında boş dayanmaya yol veməyiblər. Onlar iki ədəd yüksək gərginlikli transformatorda, 110 kV-lik giriş eleqaz və yağ açarlarında, 35 kV-lik «Ağcabədi-2» hava xəttinin eleqaz, 1 və 2 saylı transformatorların vakuum açarlarında, 10 kV-lik 1-ci «Şəhər» hava xəttinin yağ açarında cari təmir işləri aparıblar.
220/10/10 kV-lik «Qəbələ» yarımstansiyasında isə 63MVA iki ədəd transformatorda, 1 və 3 saylı transformatorların 220 kV-lik yağ açarlarında cari təmiri həyata keçiriblər.
«Mingəçevir REŞ» MMC-nin balans mənsubiyyətində olan hava xətlərində də iyun ayı ərzində xeyli miqdarda təmir işləri görülüb. 220 kV-lik I «Mingəçevir» hava xəttində 20-yə yaxın, 110 kV-lik 1-ci «Şəhər» hava xəttində isə 100-dən artıq izolyator dəyişdirilib və dörd anker dayaqlarda isə 10-dan artıq izolyator yenisi ilə əvəz olunub. Bu proses, 110 kV-lik II «Şəhər» hava xəttinin 1,6 kilometrlik hissəsi əsaslı təmirdən çıxarılaraq və 20-dən artıq izolyator dəyişdirilərək davam etdirilib.
110 kV-lik III «Yevlax» hava xəttində 40-a yaxın, Goranboy sahəsinin II «Veyisli» hava xəttində isə 8 ədəd izolyator dəyişdirilib.
Şəbəkənin kollektivi ilin qalan yarısına da ruh yüksəkliyi ilə başlayıb.