"AZƏRENERJİ" ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Image

14:25 - “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin məlumatı

“Azərenerji” ASC tərəfindən elektrik enerjisi sistemində yaranmış məhdudiyyət saat 14:20-də aradan qaldırılmış, Sistemin dayanıqlığı təmin olunmuşdur. Hazırda sistem tam gücü ilə işləyir.

“13:30 - Səngəçal qəsəbəsində qaz xətlərində baş verən qəza ilə əlaqədar, “Azərenerji” ASC-nin qazla işləyən iki elektrik stansiyasında – 400 MVt gücündə “Şimal” ES və 525 MVt gücündə “Sumqayıt” ES-nın istehsal prosesi məcburi olaraq dayandırılmışdır. “Azərenerji” ASC prezidentinin rəhbərliyilə həyata keçirilən operativ tədbirlər nəticəsində enerji sisteminin mövcud dayanıqlığı təmin edilmiş və qəzanın genişlənməsinin qarşısı alınmışdır.

İstehlakçılara qısa müddətli məhdudiyyətin tətbiq edilməsinə baxmayaraq, bütün ehtiyat güclərin səfərbər edilməsi ilə tez bir zamanda yaranmış fasilə aradan qaldırılacaqdır.