“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Image

2017 - ci  ilin  aprel  ayında  ölkə enerjisi sistemində 1,8 mil­yard kilovat - saata yaxın elektrik enerjisi istehsal olunub.

Bu  barədə  “Azərenerji” ASC - nin İctimaiyyətlə əlaqələr və  mətbuat  xidmətinə  Mərkəzi  Dispetçer  İdarəsindən  verilən məlumatda qeyd edilib.

“Azərenerji” ASC tərəfindən aprel ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,769 milyard kilovat - saatdır.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan   qonşu   dövlətlər   ilə   elektrik  enerjisi  mübadiləsi  davam etdirilib.

“Azərenerji” ASC tərəfindən 2017-ci ilin ilk 4 ayı ərzində istehsal edilən elektrik enerjisinin həcmi 7,897 milyard kilovat - saatdır. Ötən ilin ilk 4 ayı üzrə isə bu göstərici 7,570 milyard kilovat - saat olub.

Müqayisə üçün bildirək ki, ötən ilin aprel ayı ölkə üzrə 1,676 milyard kilovat - saat elektrik enerjisi istehsal edilib.