“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN - ELANI

Image

Səngəçal qəsəbəsində gücü 385 MVt olan yeni elektrik stansiyasının tikintisi layihəsinə dair ictimai dinləmələr keçiriləcəkdir.

 Vaxt: 25 iyul 2017

Saat: 10:00

Yer: Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Səngəçal elektrik stansiyası

 Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi və elektrik enerjisinə artan tələbatının ödənilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsi vacib əhəmiyyət daşıyır. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində tikintisi nəzərdə tutulmuş 385 MVt gücündə yeni elektrik stansiyası da bu qəbildəndir.

Bu stansiyanın inşası ilə əlaqədar olaraq, Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirlərin Qiymətləndirilməsi (ƏMSİSTQ) sənədinin hazırlanması üçün “Quality Veritas İnc.” şirkəti işə cəlb edilmişdir. Azərbaycan Respublikasında ƏMSİSTQ layihələrinin hazırlanması proseduruna uyğun olaraq, “Quality Veritas İnc.” şirkəti tərəfindən layihəyə dair ilkin ictimai dinləmələr təşkil olunur. Bu ictimai dinləmələrin əsas məqsədi təklif olunan layihə ilə bağlı ictimaiyyətin nümayəndələrini məlumatlandırmaq və layihənin mümkün təsirlərinə dair onların münasibətlərini öyrənməkdir. İctimai dinləmələr zamanı elektrik stansiyasının tikintisi layihəsi üçün hazırlanmış ƏMSİSTQ sənədinə dair aşağıda qeyd olunan mövzular işıqlandırılacaq:

- Stansiyada quraşdırılması nəzərdə tutulan elektrik avadanlıqları və onların xüsusiyyətləri;

- ƏMSİSTQ layihəsində qeyd olunan və qiymətləndirilən təsirlərin (ekoloji, sosial, iqtisadi və s.) müzakirə edilməsi;

- Ətraf mühitə və sosial sahəyə ola biləcək mənfi təsirlərin azaldılması üçün tələb olunacaq tədbirlərin müəyyənləşdirilməsi və s.

Bu görüş layihənin həyata keçirilməsinə faydası ola biləcək nüfuzlu şəxslər, ictimaiyyət, yerli icra hakimiyyəti orqanının və bələdiyyənin nümayəndələri və digər ictimai qrupların üzvləri üçün nəzərdə tutulmuşdur.

İctimai dinləmələrdə iştirakınız, layihə ilə bağlı rəy və təklif verməyiniz  arzuolunandır.