“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Azərbaycan Respublikasında bütün sahələrdə həyata keçirilən irimiqyaslı layihələr ölkə enerji sisteminin kompleks inkişafına gətirib çıxarmışdır. Bu, 2017-ci ildə də Cənubi Qafqazın ən böyük enerji istehsalçısı olan “Azərenerji” ASC-nin səmərəli fəaliyyəti üçün stimul olmuşdur. “Azərenerji” ASC öz funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirməklə, tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, enerji sisteminin təhlükəsizliyini il ərzində diqqətdə saxlamışdır.
2017-ci il ərzində “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq, etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.
Ötən il ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib.
Bunun 20,2 milyard kilovat-saat istilik elektrik stansiyalarının, 1,6 milyard kilovat-saat su elektrik stansiyalarının payına düşüb. (Qeyd edək ki, su elektrik stansiyalarında istehsal göstəricilərinin aşağı olması cari ildə ölkədə yağıntının miqdarının az olması ilə əlaqədardır).
Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilb.
“Azərenerji” ASC tərəfindən Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində elektrik enerjisinin texnoloji proseslərə uyğunluğunun təmin olunması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlər davam etdirilib.