“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Image

Cari ilin fevral ayında Azərbaycan Respublikasının davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan elektrik enerjisi sisteminin etibarlılığının təminatı məsələsi diqqətdə saxlanılıb və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilib. Görülən effektiv işlərin nəticəsində “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

Bununla, “Azərenerji” ASC tərəfindən 2018-ci ilin fevral ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,921 milyard kilovat-saat olub.

Qeyd edək ki, bu rəqəm 2017-cı ilin fevral ayında isə 1,908 milyard kilovat-saat təşkil edib.

Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilb.

O cümlədən, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görülüb.