ƏHƏMİYYƏTLİ İŞLƏR GÖRÜLÜB

Image

Son dövrlər “Kürdəmir Elektrik Şəbəkəsi”nin (EŞ) enerji təsərrüfatında görülən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Ötən dövrlərdə olduğu kimi, 2014-cü ildə də rayonun elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilib.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, şəbəkədə istismarın keyfiyyətini daha da yüksəltmək üçün rayonun enerji təsərrüfatında plana uyğun olaraq bir sıra mühüm işlər həyata keçirilib.

Ötən il 35/10 kV-lik «Molla­kənd» yarımstansiyasında əsaslı və cari təmir aparılıb. 10 kV-lik elektrik veriliş xəttinin 14 km hissəsində təmir işləri aparılıb. Ana­loji proses 0,4 kV-lik EVX-lərdə də həyata keçirilib. Belə ki, bu xətlərinin 18,6 km hissəsində təmir işləri görülüb.

Transformator təsərrüfatı da nəzərdən keçirilib, 48  transformator  təmirdən çıxarılıb. 0,4 kV-lik hava xəttində 7,2 km məsafəyə SİP-kabel xətti çəkilib. 2130-a yaxın smart-kart tipli birfazlı say­ğac quraşdırılıb.

Mənbədən onu da bildirdilər ki, qış mövsümü ilə əlaqədar iş qrafikinə müvafiq qaydada bərpa işləri həyata keçirilib: dayaqlar təmir edilib, xətlərin keçdiyi ərazi yaşıl kütlədən təmizlənib. İstismarın keyfiyyətini daha da yüksəltmək üçün rayonun enerji təsərrüfatında plana uyğun olaraq bir sıra mühüm işlər davam etdirilir.