ZƏRURİ TƏDBİRLƏR YERİNƏ YETİRİLİR

Image

Həyata keçirilmiş məqsədyönlü tədbirlər, o cümlədən istehlakçılar arasında aparılan maarifləndirmə işinin nəticəsidir ki, aybaay yığım səviyyəsi artır. Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri, onlar arasında aparılan təbliğat işinə baxmayaraq hələ də bu və ya digər şəkildə  sayğac sxeminə müdaxilə halları var.  Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Tərtər EŞ”in əməkdaşları tərəfindən də elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür. Belə ki, cari ilin 10 ayı ərzində, o cümlədən oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. “Elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə paylayıcı şəbəkələrdə və transformator məntəqələrində (TM) əsaslı və cari təmir işləri aparılıb”, – deyən mənbə cari ilin son üç ayı ərzində görülmüş işlərdən də danışdı.Mənbəyə istinadən qeyd edək ki, yerinə yetirilən təmir-bərpa işləri Tərtər rayon və kəndlərində olan istehlakçıların bu qışda da qüsursuz və fasiləsiz elektrik enerji ilə təminatına imkan yaradacaqdır.

Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində də müsət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin oktyabr ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 343 min kilovatsaata yaxın artaraq 9,4 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 33 faizə yaxın artmışdır.  O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 3,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 1,2 milyon kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 8 faizdən çox artmışdır.

 

Yeri gəlmişkən, cari ilin 10 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 98,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 3,5 milyon kilovatsaatdan çox artmış, ödənişdə isə mütləq artım 3 faizdən çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2 milyon kilovatsaata yaxın artaraq 22,6 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 4 faizə yaxındır.