YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

İstehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın dağlıq rayonlarının da enerji təchizatının daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməkdədir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Qəbələ” REŞ-in xidməti ərazisində cari ilin son üç ay ərzində 110 kV-lik “Cəfərabad” yarımstansiyasında 10 MVA gücündə transformator və sözügedən gərginlikdə bir dəst xətt ayrıcısı təmir edilmişdir. Eyni zamanda 110 kV-lik Cəfərabad hava xəttinin bir kilometrin də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və yarımstansiyanın dayanıqlılığı daha da möhkəmləndirilmişdir. “Şəki” yarımstansiyasında isə 6 ədəd RLND tipli şin ayrıcısı və xətt ayrıcısı, üç ədəd 35 kV-lik yağ açarı təmir olunmuşdur.

Yeri gəlmişkən, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan bir neçə yarımstansiyada mühüm işlər görülüb. Daha döğrusu 35 kV-lik “Qoxmuq”, “Aşağı Göynük”, “Zəngəran” və digər yarımstansiyalarda ümumi gücü 38 MVA dan artıq olan 10 güc transformatorunda müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və paralel olaraq müxtəlif gərginlikdə olan 170-ə yaxın elektrik avadanlıqlarında da təmir və sazlama işləri aparılmışdır.  Mənbə onu da bildirdi ki, EVX-lər üzrə əsaslı və cari təmir işləri davam etdirilir. Son üç ay ərzində müəssisənin xidməti ərazisində 110 kV-lik “Zaqatala”, I, III və IV  “Şəki”, “İsmayıllı” və digər hava xətlərində (HX) həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı ümumilikdə 9,3 kilometr məsafədə 110 KV-lik, 5,4 kilometr məsafədə isə 35 kV-lik HX əsaslı təmir olunmuşdur. Eyni zamanda xətlərin trassası yaşıl kütlədən təmişlənmişdir.      Hazırda analoji tədbirlərin davam etdirildiyini bildirən  mənbə onu da vurğuladı ki, bütün bunlar yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.   Digər təmir işləri barəsində məlumat verən mənbə onu da bildirdi ki,  paylayıcı şəbəkələrdə də (10, 6 və 0,4 kV-lik xətlərdə və transformator məntəqələrində) müxtəlif təyinatlı təmir işləri görülmüşdür ki, bu da avadanlıqların texniki göstəricilərinin keyfiyyətini daha da artırmışdır.

Mövcud iqlim şəraitində yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanıldığını bildirən mənbə onu da bildirdi ki, xidməti ərazidə olan yarımstansiyaların, transformator məntəqələrinin ərazisi quru otlardan, yağ töküntülərindən təmizlənmiş, transformatorların, yağ qəbuledici qurğuların yağ ötürən hissələri yoxlanılmış, çınqıl örtüyü yenisi ilə əvəz edimişdir. Bunlardan əlavə yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılmışdır. Digər görüləcək işlərdən söz açan mənbə sonda onu da bildirdi ki, mal-material və texniki cəhətdən isə heç bir problemləri yoxdur.