SUMQAYIT EŞ: REYDLƏR KEÇİRİLB
İstehlakçılar arasında aparılan təbliğat işləri, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına qarşı aparılan yoxlama reydləri və israfçılıqla istifadənin aradan qaldırılması sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət abonenti (əhali) istehlakçılar qrupunda istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınmışdır.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Sumqayit Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində cari ildə keçirilmiş reydlər zamanı elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmiş və qayda pozuntlarına görə qanunverciliyə uyğun digər tədbirlər görülmüşdür.
Mənbə onu da bildirdi ki, cari ilin iyul ayında sözügedən müəssisənin xidmət ərazisində 73.3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1,4 milyon kilovatsaata yaxın azdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 14,5 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 2,4 milyon kilovatsaata yaxın artmışdır.
Onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 22,4 milyon kilovatsaatdan çox azalaraq 535,8 milyon kilovatsaata yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 139.6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 23 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq artmışdır.
Mənbədən ötən ilin son üç ayı ərzində həyata keçirilmiş təmir işləri ilə bağlı əldə etdiyimiz məlumatda o da bildirilir ki, sözügedən dövrdə balans mənsubiyyətinə aid olan 6-10 KV-lik xətlərin müəyyən hissəsi kabel xəttinə keçilmiş və naqillər yenilənmişdir. Eyni zamanda 0,4 KV-lik şəbəkədə yenidənqurma işləri zamanı SİP kabel xətti çəkilmiş və dayaq dəyişdirilmişdir. Bütün bunlarla yanaşı TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.