“QAZAX EŞ”: YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ APARILIR
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Qazax EŞ” üzrə cari ilin iyul ayında ümumilikdə 7,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 355 min kilovatsaat çoxdur. Hesabat dövründə ümumi ödəniş 2013-cü ilin eyni dövründəki ödənişdən mütləq 10 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 290 min kilovatsaat artaraq 2,5 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 2 faiz artmışdır.
Qeyd edək ki, cari ilin 7 ayı ərzində isə sözügedən EŞ-də ümumilikdə 44,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 677 min kilovatsaat artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 18,9 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 706 min kilovatsaat çoxdur. Ödəniş isə 2013-cü ilin eyni dövrü ilə müqayisədə mütləq bir faizə yaxın artmışdır.
Mənbədən onu da bildirdilər ki, cari ildə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı elektrik enerjisindən istifadə qaydalarına riayət etməyən istehlakçılarla bağlı müvafiq qaydada aktlar tərtib edillmış və araşdırma aparılaraq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir.
Verilən digər bir məlumata görə, istehlakçılara xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə müəssənin balans mənsubiyyətinə aid EVX və TM-lərdə yenidənqurma və müxtəlif təyinatlı təmir işləri həyat keçirilmiş və hazırda bu işlər davam etdirilir.
Sonda onu da qeyd edək ki, yerinə yetirilmiş əsaslı və cari təmir işlərinin nəticəsi olaraq qəza açılmalarının sayı demək olar ki, minimuma endirilib.