YENİDƏNQURMA İŞLƏRİ APARILIR

Image

Paylayıcı elektrik şəbəkəsi sisteminin dayanıqlığının möhkəmləndirilməsi və istehlakçıların keyfiyyətli şəkildə elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində ayrı-ayrı şəbəkələrdə geniş tərkibli tədbirlər planı hazırlanıb həyata keçirilmiş və bu işlər durmadan davam etdirilir. Bu da öz növbəsində enerji daşıyıcıların texniki vəziyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasına  gətirib çıxarır. Həmişə olduğu kimi ötən ildə də müəssisənin xidməti ərazilərində təmir-bərpa işləri vaxtlı-vaxtında həyata keçirilir və aparılan məqsədyönlü tədbirlər artıq öz bəhrəsini verməkdədir. Bərpa işləri ilə yanaşı istehlak olunan elektrik enerjisinin haqqının tam şəkildə ödənilməsi də daim diqqət mərkəzindədir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Daşkəsən” elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində cari ilin iyun ayında ümumilikdə 1,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 205 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 731 min kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 54 min kilovatsaatdan çox artmışdır.

Yeri gəlmişkən, cari ilin 6 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyon kilovatsaatdan çox artaraq 14,9 milyon kilovatsaatdan artıq olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 4,9 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 588 min kilovatsaat artmışdır.

Mənbədən onu da bildirdilər ki, ötən ilin son ayları ərzində müəssisənin balans mənsibiyyətinə aid olan 6-10-0,4 kV-lik xətlərin müəyyən hissəsində yenidənqurma və təmir işləri həyata keçirilmişdir. Qeyd edək ki, yenidənqurma və təmir işləri TM-lərdən də yan keçməmişdir. Yeri gəlmişkən, bu işlərlə paralel olaraq, elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində də reydlər keçirilmişdir.

İdarədən verilən məlumata istinadən, yerinə yetirilən və hazırda davam etdirilən təmir-bərpa işləri sözügedən EŞ-in enerji təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.