DAYANIQLIQ DAHA DA DAYANIQLIQ DAHA DA ARTIRILIRARTIRILIR

Image

Tovuz rayonunun elektrik enerjisi təchizatı sistemində mövsümə hazırlıq işləri davam edir. Elektrik şəbəkəsinin təmirçilər briqadası xətt və yarımstansiyalarda zəruri profilaktik tədbirləri həyata keçirirlər.

“Tovuz Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, mövsümə hazırlıq üzrə tədbirlər planına uyğun olaraq, rayonun elektrik təsərrüfatının dayanıqlığını daha da möhkəmləndirilir. Qeyd edək ki, ötən son üç ayda  şəbəkə kollektivi 6-10-04 kilovoltluq elektrik verilişi xətlərində və 6-10/04 kV-lik transformator məntəqələrində müvafiq yenidənqurma və təmir işləri həyata keçiriblər. O cümlədən, sözügedən gərginlikli xətlərin 5,6 km-ə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və 230-dan artıq yeni sayğac quraşdırılmışdır. Bununla bərabər transformator məntəqələrinin 30-da isə müxtəlif təyinatlı təmir işləri aparılmış və ümumi gücü 11,4 MVA olan 9 transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.

Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisə üzrə cari ilin yanvar ayında ümumilikdə 10,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 204 min kilovatsaat çoxdur. Ödənişdə isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dinamik artım qeydə alınmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 6,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,3 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 8 faiz olmuşdur. Yeri gəlmişkən, 2013-cü il ərzində isə ümumi istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyon kilovatsaatdan çox azalaraq 130,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım 2 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 54,2 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə 2012-ci illə müqayisədə istehlak 4 milyon kilovatsaata, ödəniş isə mütləq 7 faizə yaxın artmışdır.

Mənbədən onu da bildirdilər ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması faktları üzrə  cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 65 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 190,4 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 23 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, 2013-cü il ərzində keçirilmiş reydlər zamanı 635-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 4 milyon 673,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 280,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində  hesabat dövründə həmin bu məbləğin 55 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.  Sonda onu da qeyd edək ki, ötən il ərzində aşkar edilmiş qayda pozuntularına görə 10, cari ilin yanvar ayında isə 3 istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.