“AĞSU EŞ”: MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
İstehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün həm paylayıcı elektrik şəbəkəsinin, həm də yüksək gərginlikli şəbəkə rayonunun mütəxəssisləri tərəfindən məqsədyönlü tədbirlər də həyata keçirilir.
“Ağsu EŞ”dən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata əsasən, hələ ötən il burada təsdiq olunmuş qrafik əsasında nəzərdə tutulmuş bütün işlər əsasən keyfiyyətlə yerinə yetirilmişdir. Son üç ay ərzində isə 10 kV-lik “Sabir”, “Qaravəlli”, “İlxıçı” HX-lərində reallaşdırılmış işləri zamanı ümumilikdə 7 km-ə yaxın xətt təmir olunmuş, 10 ədəd travers quraşdırılmış və xeyli sayda izolyator dəyişdirilmişdir. Eyni zamanda 0,4 kV-lik elektrik verilişi xətlərində də əsaslı və cari təmir işləri aparılıb. Nəticədə Kəndoba, Növcü, Calayar və s. kəndlərdə olan sözügedən gərginlikli xətlərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamananı 2,8 km-ə yaxın hissə yenilənmişdir. Bununla yanaşı, təsdiq olunmuş qrafik əsasında 6 transformator məntəqəsi əsaslı və cari təmir olunub, bir transformator əsaslı təmir edilərək yenidən şəbəkəyə qoşulmuşdur. Şaparlı kəndində iki, Cəfərli kəndində isə bir TM-in ətrafı şəpərlənmişdir.
Mənbədən əldə edilən digər məlumata görə, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 22 istehlakçının (bunun 20-i məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 80,1 min kilovatsaata yaxın (bunun 68 min kilovatsaata yaxını məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 4,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 79 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin iki ayı ərzində keçirilmiş reydlər zamanı 42 istehlakçının (bunun 40-ı məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 125,2 min kilovatsaatdan artıq (bunun 113,1 min kilovatsaatdan çoxu məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 7,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 83 faizdən çoxunun ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Onu da qeyd edək ki, müəssisə üzrə cari ilin fevral ayında ümumilikdə 3,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 2 faizə yaxın çoxdur. Hesabat dövründə ümumi ödəniş ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 14,5 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 8 faizə yaxın azalmış, ödənişdə mütləq artım 8 faizdən artıq olmuşdur.
Yeri gəlmişkən, cari ilin 2 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 7,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 14 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 4,4 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 3 faizə yaxın azalmış, ödənişdə mütləq artım isə 8,5 faiz olmuşdur.