İSTEHSAL DİSPETÇER YÜK QRAFİKİNƏ UYĞUNDUR

Image

Ötən il  “Azərbaycan istilik elektrik satsiyası”nda (İES) enerji  bloklarının və  avadanlıqların texniki-istismar səviyyəsinin  yüksəldilməsi, avadanlıqların payız-qış  mövsümünə hazırlanması məqsədilə tərtib edilib təsdiqlənmiş kompleks tədbirlər planı tam  yerinə yetirilib.

Xatırladaq ki, müəssisədə 8 milyard 126,5 milyon kilovatsaata yaxın  elektrik enerjisi istehsal edilib ki, bu da dispetçer yük qrafikinə uyğundur. Avadanlıqların zədələnməsinə və sıradan  çıxmasına  səbəb ola biləcək qəza və imtina  hallarına yol verilməyib.

Bu bəradə stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, SC-nin təsdiq etdiyi təmir  qrafikinə və avadanlıqların yoxlama  reqlamentinə  uyğun olaraq, stansiyada  təmir-profilaktika və yoxlama işləri  də aparılıb.

330 kV-lik yarımstansiyada 10 hava xətti açarı eleqaz tipli yeni  açarlarla dəyişdirilib. Kom­pressor  qurğularında əsaslı tə­mir  aparılıb. 500 kV-lik  yarımstansiyada da müxtəlif təyinatlı işlər həyata  keçirilib. Eyni zamanda müəssisədə  işçilərin maddi rifahının yaxşılaşdrılıması istiqamətində  də müəyyən  işlər görü­lüb. Bütün bunlarla yanaşı energetiklərin  asudə  vaxtlarının  səmərəli təşkili məqsədilə  həyata  keçirilən  mədəni-kütləvi  tədbirlər də reallaşdırılıb.

Mənbəyə istinadən qeyd edək ki, cari ildə təmir  qrafikinə uyğun  olaraq, dörd blokda müxtəlif təyinatlı təmir işləri aparılacaq. Açıq paylayıcı quruluşda hava xəttinin açarları eleqaz  açarları ilə dəyişdiriləcək.

Stan­siya kollektivi  2013-cü ilin  ilk aylarını da uğurlu nəticələrlə başa vurub və ümumilikdə  ötən iki ay ərzində 1 milyard 581,4 milyon  kilovatsaata yaxın elektrik ener­jisi istehsal edilib. O cümlədən, fevralda da dispetçer qrafikinə əməl olunub və 753 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Hazırda  stansiyada, dispetçer  yük qrafikinə uyğun olaraq,  sutka  ərzində orta hesabla 25-27 milyon kilovatsaat elektirk ener­jisi istehsal olunur.