ÖDƏNİŞİN ARTIRILMASI İSTİQAMƏTİNDƏ TƏDBİRLƏR GÖRÜLÜR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.

“Şabran elektrik şəbəkəsi”ndən (EŞ) əldə etdiyimiz digər bir məlumata görə isə, cari ilin yanvar ayında burada 6,2 milyon  kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 8 faizə yaxın azdır. Ötən ilin eyni dövrü ilə müqayisədə ödənişdə mütləq artım isə 28 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 3 milyon kilovatsaatdan artıq olmuşdur. Ötən ilin eyni dövründə isə bu göstərici 2,2 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 7 faizə yaxın artmışdır.  Mənbə bu uğurları həyata keçirilmiş yenidənqurma və təmir-tikiti işləri ilə əlaqələndirdi.

Qeyd edək ki, son üç ay ərzində 10 kV-lik “Şəhər”, “Qorğan”, “Gəndab” və digər beş hava xəttində reallaşdırılmış təmir işləri zamanı, ümumilikdə 4,1 km-dən artıq sallaq naqil dartılmış, 3 km məsafədə budama işləri aparılmış, 5 dayaq basdırılmış və eyni sayda dayağın qabariti artırılmış, 10-dan artıq əyilmiş dayaq düzləndirilmiş,  bir km-ə yaxın naqil yeniləşdirilmiş, xeyli sayda izolyator dəyişdirilmişdir. Müəssisənin xidməti ərazisində olan 0,4 kV-lik xətlərdə isə 4,6 km-ə yaxın sallaq naqil dartılmış, 2 km-ə yaxın məsafədə budama işləri aparılmış, 24 dayaq təmir olunmuş,  20 dayağın qabariti artırılmış, 2,3 km naqil yeniləşdirilmiş və 200 metr SİP kabel xətti çəkilmişdir.

Onu da qeyd edək ki, şəbəkə üzrə texnoloji itkilərin azaldılması və texniki tədbirlərin icrası istiqamətində TM-lərdə də bir sıra mühüm işlər görülmüşdür. O cümlədən, sözügedən dövrdə İsnovqışlaq kəndində enerji təchizatını daha da yaxşılaşdırmaq məqəsdilə 160 KVA transformator daha gclüsü ilə, 250 KVA ilə əvəzlənmişdir.  Ümumi gücü 3,2 MVA-ya yaxın olan 10 transformator isə təmir edilmişdir. Eyni zamanda 24 TM-də müxtəlif təyinatlı təmir işi də həyata keçirilmişdir.